Xəbər lenti

Ukrayna İran istehsalı olan dronlarla mübarizə aparmaq üçün İsraildən kömək istəyib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, İran PUA-ları ilə mübarizə vacibdir: “Ukraynaya hücum edən İran istehsalı olan pilotsuz uçuş aparatları, ehtimal ki, İsrailə hücum etmək üçün istehsal edilib. İsrail terrorçularla mübarizənin nə olduğunu hamıdan yaxşı bilir. İsraildən bizə hava hücumundan müdafiə sistemləri və müdafiə silahları verməsini xahiş edirik. Onlar terrorçularla mübarizə zamanı çox vacibdir”.




Ana səhifəyə qayıt        Baxış: 3 223          Tarix: 17-10-2022, 11:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma