Rusiyanın Ukraynaya qarşı kütləvi raket hücumlarında bır sıra mühüm infrastruktur obyektləri zədələnib.
Belə ki, Kiyevdə 350 minə yaxın mənzili təmin edən enerji obyekti zədələnib.
Bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.
Onun sözlərinə görə, Ukrayna paytaxtında həmçinin su təchizatında da problemlər yaranıb, istehlakçıların 80%-i susuz qalıb.
Bundan başqa Kirovoqrad vilayəti Svetlovodsk ərazisində Kremençuq su elektrik stansiyası (SES) vurulub.
Zaporojye yerli hökuməti Dnepr SES-in yarımstansiyası vurulduğu və yanğın baş verdiyi barədə məlumat yayıb.
Çernovtsı vilayətinin səlahiyyətliləri isə Moldova ilə sərhəd yaxınlığında yerləşən Novodnestr SES-ə ciddi ziyan dəydiyi barədə xəbər veriblər.
Qeyd edək ki, bütün Ukraynada elan edilmiş hava hücumu xəbərdarlığı artıq ölkənin demək olar ki, bütün regionlarında, o cümlədən Kiyevdə dayandırılıb.
oxu.az
Paylaş: