2023-cü ildə İran hakimiyyəti dərinləşən daxili böhranla üzləşəcək.
“Euractiv” portalının müşahidəçilərinin fikrincə, respublika elə bir dövrə qədəm qoyub ki, bu etirazların davamını vəd edir.
Analitiklərin dediyinə görə, 2023-cü ildə İranı daha çox etirazlara səbəb olacaq inqilabi proseslər gözləyir və tərəflərdən heç biri geri çəkilməyəcək.
Ekspertlərin fikrincə, İranın ali lideri Əli Xamenei respublikanın hicab kimi ideoloji sütunlarından biri məsələsində kompromislərin onun rejiminin çöküşünə səbəb olacağına inandığından, hakimiyyət repressiyaları ikiqat artıracaq.
Qeyd olunur ki, belə bir şəraitdə təkcə nümayişlər deyil, polislə toqquşmalar fonunda qadın hüquqları uğrunda mitinqlər və iğtişaşlar da davam edəcək.
Eyni zamanda, “Euractiv” bu vəziyyətin Qərb dövlətlərinə Tehrana təzyiqləri artırmağa imkan verəcəyini bildirir.
oxu.az
Paylaş: