Xəbər lenti

Ermənistan hökumətinin binası yaxınlığında “Oğlunuz orduda növbəti qurban olmamalıdır” şüarı ilə etiraz aksiyası keçirilir.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, “Birləşmə” hərəkatı üzvləri hərbi hissədə baş vermiş yanğın görə baş nazir Nikol Paşinyanı və müdafiə naziri Suren Papikyanı ittiham edirlər.

Hərəkatın üzvü Avetik Çalabyanın sözlərinə görə, insanlar çoxdan ayağa qalxmalı, hökuməti tənqid etməli idilər.

Etirazçıların fikrincə, hadisələr belə davam edərsə, hərbi hissədəki yanğın sonuncu bu cür hadisə olmayacaq.

Qeyd edək ki, noyabrın 18-də Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi ölüb, 6 əsgər və 1 zabit yaralanıb. Hadisəyə görə, Ermənistan silahlı qüvvələrinin İkinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan və digər zabit heyəti işdən çıxarılıb.




Ana səhifəyə qayıt        Baxış: 2 669          Tarix: 23-01-2023, 17:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma