Xəbər lenti


 

Ermənistan Baş naziri Nikol Paşinyan şiddətli zəlzələ ilə sarsılan Türkiyəyə baş sağlığı verib. Erməni mətbuatı bu xəbəri misli-bərabəri görünməmiş nifrətlə qarşılayıb. Ən pisi isə odur ki, “müsəlman İranı”nı Paşinyana misal göstərib.

Qalust Qriqoryan adlı müəllif bugünkü köşə yazısında yazıb:

“Böyük siyasətçi olmaq və böyük siyasətlə oynamaq iki fərqli şeydir. Bizim “mənəviyyatlı” baş nazirimiz Nikol Paşinyan bu ümumi həqiqəti heç vaxt öyrənməyəcək.

“Türkiyə və Suriyada çoxlu insanın həyatına son qoyan dağıdıcı zəlzələ məni kədərləndirdi, Ermənistan kömək etməyə hazırdır”, - o, Twitter-dəki mikrobloqunda yazıb.

"Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq", - mesajda deyilir.

Ümumiyyətlə, Türkiyəyə bir kəlmə də başsağlığı verilməməli idi. Yalnız Suriyaya verilə bilərdi. Çünki orada iki erməni öldü, üstəlik xeyli erməni, evlərini itirdi.

Amma Türkiyədə erməni yoxdur. Buna görə də ona rəğbət bəslənməlidir. Amma buna baxmayaraq, Paşinyan böyük siyasətçi, bir növ erməni Villi Brandt obrazını canlandırmaq qərarına gəlibsə, o zaman nə vaxt dayanacağını bilməsi lazım idi. Adi başsağlığı versəydi, bəs idi. Baxın, müsəlman İran Türkiyədə baş verənlərə ümumiyyətlə reaksiya vermədi.

İranda bir-iki gün əvvəl Türkiyənin təklif etdiyi yardımı qürurla və ləyaqətlə rədd etdilər. Bu, özünə hörmətin, prinsipləri qorumaqda sərtliyin nümayişi id Beləliklə, biz də belə hərəkət etməliydik. Amma Paşinyan başsağlığı vermək qərarına gəldi. Bununla da kifayətlənməyərək, kömək təklif etdi. Kimə?! Türkiyə?! O, həqiqətən Papadan daha çox katolik olmağa qərar verib”.

 




Ana səhifəyə qayıt        Baxış: 5 446          Tarix: 6-02-2023, 21:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma