Xəbər lenti

İranın Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində cümə namazı ilə əlaqədar fevralın 24-də hərbi-polis qüvvələri məscidləri müasirəyə alıb, internetin sürətini isə əhəməiyyətli dərəcədə azaldıb.

“Report” xəbər verir ki, bu barədə “Amerikanın səsi”nin farsca redaksiyası məlumat yayıb.

İmamcümə Abdul Hamid Mövləvi bildirib ki, əvvəlki həftələrdən fərqli olaraq, internetdə yaranan problemə görə bu cümə xütbəsini instaqramla yaya bilməyəcək.

Qeyd edək ki, cümə namazından sonra sakinlər hakimiyyətə qarşı şüarlar səsləndirərək etiraz yürüşü keçiriblər.




Ana səhifəyə qayıt        Baxış: 2 833          Tarix: 24-02-2023, 16:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma