Xəbər lenti


 

Rusiya orduya müqaviləli əsgər cəlb etmək üçün genişmiqyaslı kampaniyaya hazırlaşır.

 

Ovqat.com-un məlumatına görə, Rusiya nəşri URA.RU bu barədə bildirib.

 

İddialara inansaq, kampaniyanın başlanması aprelin 1-nə planlaşdırılır, ilin sonuna qədər bütün ölkə üzrə Silahlı Qüvvələrə 400 minə yaxın peşəkar hərbçinin cəlb edilməsi nəzərdə tutulur. Artıq rayonlara müvafiq materiallar göndərildiyi, qubernatorların hazırlıq işləri apardığı vurğulanır.

 

Nəşrin məlumatına görə, kampaniyaya şəxsən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev nəzarət edir. Fevralın 22-dən onun mütəmadi olaraq qubernatorların və prezidentin nümayəndələrinin iştirakı ilə tematik videokonfranslar keçirdiyi bildirilir.

 




Ana səhifəyə qayıt        Baxış: 5 655          Tarix: 11-03-2023, 07:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma