Xəbər lenti

Ermənistanın Sünik (Zəngəzur) və Şirak (Şörəyel) vilayətlərində yerli orqanlara növbədənkənar seçkilərin ilkin nəticələri məlum olub.

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan MSK məlumat yayıb.

Bildirilib ki, ilkin məlumatlara əsasən, hakim "İctimai Müqavilə" Partiyasının namizədləri Sisan və Ani icmaları üzrə qələbə çalıb.

Yekun nəticələrin rəsmi şəkildə elan olunacağı qeyd edilib.




Ana səhifəyə qayıt        Baxış: 3 427          Tarix: 29-03-2023, 19:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma