Xəbər lenti

“Son günlər Süniklə bağlı bir tərəfdən kifayət qədər ziddiyyətli məlumatlar daxil olur, digər tərəfdən isə hakimiyyət reallığı təhrif etməyə çalışır. Əslində, aprelin 1-dən sonra Qarabağı Ermənistanla birləşdirən yolun marşrutu dəyişəcək”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu martın 31-də Ermənistan parlamentində “Şərəf duyuram” bloku fraksiyasının katibi Tiqran Abramyan jurnalistlərə müsahibəsində deyib.

Erməni revanşistin iddiasına görə, 44 günlük müharibədən sonra Qarabağdan Ermənistana giriş Tex kəndindən keçirmiş və sən demə orada 5 kilometrlik dəhliz məntiqi ilə bufer zonası varmış. Onun sözlərinə görə, hazırda Azərbaycan əsgərləri ən uc nöqtədə mövqe tutublar.

“Hesab edirəm ki, azərbaycanlılar daha əlverişli ərazilərdə möhkəmlənmək məqsədi ilə gəliblər və onlara gələcək hərəkətləri planlaşdırmaq üçün mümkün plasdarm lazım idi”, - deyə Abramyan qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 3 503          Tarix: 31-03-2023, 20:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma