“Bloomberg” nəşri özünün ənənəvi “Miyarderler İndeksi”ni yayımlayıb.
Ovqat.com-un məlumatına görə, “Milyarderlər İndeksi”ndə Rusiyanın ən zəngin iş adamlarının sərvətinin bu ilin əvvəlindən 13,17 milyard dollar artdığı qeyd olunub.
Rus milyarderlər arasında ən çox qazananın isə “Lukoyl”un təsisçisi Vahid Ələkbərov olduğu ortaya çıxıb. Məlumata inansaq, o, son 3 ay ərzində sərvətini 3,17 milyard dollar artıraraq, 18,5 milyard dollara yüksəldə bilib. Vahid Ələkbərovu Novatek" in rəhbəri Leonid Mixelson izləyib. Mixelsonun sərvəti 1,65 milyard dollar artaraq 26,3 milyard dollara çatıb.
“Bloomberg”in iddiasına görə, hər iki rusun sərvətlərini artırması nağd aktivlərinin dəyər dividendlərinin, daxili əməliyyatların, vergilərin və bazar şəraitinin təhlilinə əsaslanır. Eyni zamanda, NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin də bu müddət ərzində 1,17 milyard dollar qazanıb. Hazırda onun sərvəti 21 milyard dollardır.
Paylaş: