Xəbər lenti


 

Ukrayna lideri Vladilir Zelenski ABŞ-ın bu ölkəyə yanacaq tədarükü üçün ayırdığı vəsaitdən 400 milyon dollar oğurlayıb.

 

Ovqat.com xəbər verir ki, iddianı ABŞ-ın məşhur jurnalisti, Pulitzer mükafatı laureatı Seymur Herş irəli sürüb.

 

Jurnalistin fikrincə, Ukrayna hakimiyyəti bu korrupsiya sxemlərini həyata keçirmək üçün bütün dünyada müvafiq şirkətlər yaradılıb. Vaşinqton isə Kiyevin bu oğurluğuna göz yumur.

 

“Ukrayna prezidenti və onun ətrafının çoxu dizel yanacağını ödəmək üçün nəzərdə tutulan milyonlarla ABŞ dollarını mənimsəyiblər. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin analitiklərinin hesablamalarından birinə görə, keçən il mənimsənilmiş vəsaitlərin məbləği azı 400 milyon dollar təşkil edib”, - amerikalı jurnalist Seymur Herş dünən verdiyi media açıqlamasında bildirib.

 

Herş ABŞ-ın adını açıqlamadığı bir təhlükəsizlik rəsmisinə istinadən vurğulayıb ki, Zelenski hökuməti Vaşinqtonun yardım kimi ayırdığı vəsait hesabına Rusiyadan ucuz qiymətə dizel və digər yanacaqlar alır.

 

. “Zelenski ruslardan endirimlə dizel yanacağı alıb... Bəs bu qazın, neftin pulunu kim ödəyir? Biz”, - Herş, "informasıyalı bir ABŞ kəşfiyyat rəsmisi"ndən sitat gətirib.

 

“Mənə dedilər ki, Kiyevdəki bir çox hökumət nazirlikləri bütün dünya üzrə özəl silah satıcıları ilə silah və sursat ixracı müqavilələri bağlamaq üçün məxfi şirkətlər yaratmaq üçün sözün əsl mənasında “rəqabətə girirlər” və onlara “otkat” ödəyirlər. Bu şirkətlərin çoxu Polşa və Çexiyada yerləşir, lakin mən inanıram ki, Fars körfəzində və İsraildə başqaları da var”, - Herş bildirir.

 

Jurnalistin iddialarına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burnsun yanvarda Kiyevə səfərinin əsas səbəblərindən biri də sözügedən yeyintini araşdırmaqla əlaqədar imiş. İddia edilir ki, ABŞ kəşfiyyatı bu korrupsiya əməlində rolunu təsbit etiyi 35 yüksək rütbəli məmurun siyahısını hazırlayıb Burns vasitəsilə Zelenskiyə çatdırıb. Zelenski isə onlardan bəzilərini (təxminən 10-nu) vəzifədən uzaqlaşdırıb. 

 

O, yalnız xüsusilə "pulları ilə həyasızcasına öyünənləri" işdən qovub. İşdən çıxarılanlar əvvəllər olduğu kimi, yenə də yeni “Mercedes” avtomobilləri ilə Kiyevdə şütüyürlər”, - jurnalist kəşfiyyatçı əməkdaşlarından birinin sözlərini sitat gətirir.

 




Ana səhifəyə qayıt        Baxış: 6 636          Tarix: 13-04-2023, 10:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma