Xəbər lenti

  

“Rusiya Federasiyası Bakı ilə İrəvan arasında vəziyyəti normallaşdırmaq üçün vasitəçilik səylərini davam etdirir”.

 

Ovqat.com xəbər verir ki, bu sözləri Qarabağ ermənilərinin ən çox güvəndikləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurulmasını şərh edərkən deyib.

 

Peskovun fikrincə, Ermənistanla Azərbaycan arasında vəziyyətin normallaşması üçün əlavə səylər göstərilməlidir. 

 

“Əlaqələri davam etdiririk. Biz paytaxtlarla, İrəvan və Bakı ilə işləyirik. Və biz bu işi davam etdirəcəyik... Vəziyyət doğrudan da asan deyil, əlavə səylər tələb edir, ən əsası isə adıçəkilən ölkələrdən başa düşülməsini tələb edir ki, qeyd olunan sazişlərin həyata keçirilməsinə alternativ yoxdur”, - deyə Peskov mətbuat nümayəndələri ilə söhbətində vurğulayıb. 




Ana səhifəyə qayıt        Baxış: 6 112          Tarix: 24-04-2023, 18:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma