Xəbər lenti


 

Ermənistanın baş naziri Nikol Paşinyan hakim partiyanın təşəbbüs qrupunun iclasında mayın 9-da Moskvaya getməsi və Qələbə günü ilə bağlı keçirilən tədbirlərdə iştirak etməsi ilə bağlı ona qarşı irəli sürülən ittihamlara cavab verib.

 

Ovqat.com-un erməni mediasına istinadən verdiyi məlumatına görə, Paşinyan buna məcbur olduğunu və Ermənistanın milli maraqları baxımından doğru addın atdığını bildirib.

 

O, öz partiyadaşlarına xatırladıb ki, Ermənistan Rusiyadan qaz alır. Bu baxımdan Paşinyan əgər Moskvadakı paradda iştirakdan imtina etsəydi, təhlükəli qumar oynamış olacaqdı.

 

Bununla belə, Paşinyan Rusiyadan asılılığın da Ermənistan üçün ciddi risklər yaratdığının fərqində olduğunu gizləyməyib. 

 

“Paşinyan vurğulayıb ki, Rusiya Ukraynaya uduzsa, Ermənistanın başına nə gələcəyini təsəvvür etmək belə istəmir. Belə olan halda Ermənistan yüz il əvvəlki hadisələrin təkrarı və müstəqilliyinin itirilməsi ilə üzləşəcək və Türkiyə-Azərbaycan tandemi qarşısında Ermənistan təkbaşına müqavimət göstərə bilməyəcək”, - Paşinyan ailəsinə yaxınlığı ilə seçilən “Qraparak” qəzeti yazır.

 




Ana səhifəyə qayıt        Baxış: 6 892          Tarix: 13-05-2023, 16:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma