Xəbər lenti

“Regional kommunikasiyaların blokadadan çıxarılması məsələsi üzrə üçtərəfli işçi qrupu işə başlayandan şəxsən mən və rəsmi İrəvan həmişə bildirmişik ki, Ermənistan bu məsələni iki mühüm konsepsiya çərçivəsində müzakirə etməyə hazırdır. Birincisi odur ki, haqqında danışdığımız infrastrukturlar Ermənistanın suveren infrastrukturları olmalıdır. İkincisi, Ermənistanın yurisdiksiyası onlara tam şəkildə şamil edilməlidir”.

Bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.

“Bu prinsiplər çərçivəsində biz həmişə mövzunun işlənməsinə, son nəticədə blokadanın aradan qaldırılmasına hazır olmuşuq və hazırıq. Bu da, fikrimcə, Ermənistan üçün də böyük əhəmiyyət kəsb edir”, - Ermənistan rəsmisi bildirib.

Zəngəzur dəhlizi məsələsinə gəlincə, Qriqoryan söyləyib:

“Dəhliz məsələsi müzakirə olunmayacaq. Bu, Ermənistan üçün “qırmızı xətt”dir”./Teleqraf.com 




Ana səhifəyə qayıt        Baxış: 3 443          Tarix: 30-05-2023, 22:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma