Xəbər lenti

“Nikol Paşinyan Qarabağın itirilməsinin sinoniminə çevrilib”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu erməni siyasətçi, keçmiş təhsil naziri Armen Aşotyan deyib.

“Təəssüf ki, bizim proqnozlarımız özünü doğruldur, 44 günlük müharibədən sonra Nikol həm Qarabağdan üz çevirdi, həm də ölkə maraqları hesabına öz siyasi karyerasını təşviq etdi. Lakin bunun nəticələri ağrılı oldu”, - deyə erməni siyasətçi bildirib.

Aşotyanın fikrincə, bu gün bütün siyasi müzakirələrin bir kənara qoyulması çox vacibdir, çünki “hazırkı vəziyyət siyasi deyil, dəyərlər sisteminin böhranı, ekzistensial böhrandır”.

Sərkisyanın partiyasında sədr müavini olan Aşotyana görə, Nikol Paşinyanın Türkiyəyə səfəri Türkiyə-Ermənistan münasibətlərinə çox mənfi təsir göstərəcək.

“Türk dabanlarını yalayanı sevir, türk yalnız gücə hörmət edir, Nikol Paşinyan isə gücə hörmət etmir”, - deyə keçmiş təhsil naziri vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 598          Tarix: 12-06-2023, 21:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma