Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa Birliyi (AB) Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyasından məlumat verilib.
Bildirilib ki, görüşdə AB ilə Gürcüstan arasında münasibətlərin inkişaf perspektivləri, Avropa Komissiyasının Gürcüstan hökumətinə təklif etdiyi 12 bəndlik öhdəliklərin yerinə yetirilməsi və digər məsələlər müzakirə olunub.
Söhbət zamanı Cənubi Qafqaz regionundakı vəziyyət, təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.
Tərəflər regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacibliyini xüsusi qeyd ediblər.
Baş nazir İrakli Qaribaşvili regionda təhlükəsizliyin təmin olunmasında, eləcə də enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində Avropa Birliyinin rolunun artırılmasının vacibliyini qeyd edib.
Paylaş: