Xəbər lenti

Ermənistan prezidenti Vaaqn Xaçaturyan İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohurini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Görülən işlərə, ölkələrimiz arasında əlaqələrin inkişafında şəxsi səylərinizə görə sizə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Müstəqil tariximizin ən çətin dövrlərindən birində Ermənistanda olmusunuz, biz sizin və İran İslam Respublikasının dəstəyini hiss etmişik.

Əminəm ki, gələcək fəaliyyətiniz zamanı siz bundan sonra da ölkələrimiz arasında əlaqələrin inkişafına kömək etmək üçün əlinizdən gələni edəcəksiniz”, - deyə Ermənistan prezidenti səfirə bundan sonrakı diplomatik xidmətində uğurlar arzulayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 794          Tarix: 3-07-2023, 21:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma