Ermənistanın müdafiə naziri Suren Papikyan İranın bu ölkədəki səfiri Mehdi Sübhani ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə İran səfirliyinin hərbi attaşesi, polkovnik Bəhmən Sadeqinin də iştirak etdiyi bildirilir.
Papikyan sentyabrın 1-də Basarkeçər rayonunun Zod istiqamətində baş verən döyüşlər barədə də (erməni təxribatı – red.) İran tərəfinə məlumat verib.
Qeyd edək ki, Ermənistan ordusunun bölmələri bu gün Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı təxribat törədib. Ermənilərin zərbə PUA-sı da tətbiq etməsi nəticəsində ümumilikdə 3 hərbçimiz yaralanıb.
Ordumuzun cavab tədbirləri nəticəsində 4 erməni əsgər məhv edilib, 1-i yaralanıb.
Paylaş: