“Çinlə ikitərəfli münasibətləri yeni səviyyəyə çatdırmaq Qazaxıstan üçün əsas prioritetdir”.
“Report” Akordanın (Qazaxıstan Prezident Administrasiyası) mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çin Dövlət Şurasının baş nazirinin müavini Dinq Syuesyan ilə görüşündə deyib.
“Biz Çini çox mühüm strateji tərəfdaş hesab edirik və bütün sahələrdə əməkdaşlığımızın konkret nəticələrinə ümidlər bəsləyirik”, - Tokayev vurğulayıb.
Görüşdə Qazaxıstan-Çin strateji tərəfdaşlığının vəziyyəti və inkişaf perspektivləri, iki ölkə hökumətləri tərəfindən sazişlərin icrasının gedişi müzakirə olunub.
O, həmçinin qeyd edib ki, Qazaxıstan-Çin Əməkdaşlıq Komitəsinin bu gün Astanada keçirilən 11-ci iclası ticari-iqtisadi sahədə birgə fəaliyyətlərin inkişaf etdirilməsində mühüm rol oynayır.
Paylaş: