Xəbər lenti
Dünən, 19:25

Gürcüstanın Müdafiə Nazirliyi iki ildən sonra Tbilisi səmasının Hava Hücumundan Müdafiə elementləri ilə tam mühafizəsini təmin edə biləcək.

Bu barədə ölkənin müdafiə naziri Cuanşer Burçuladze bildirib.

“Artıq başa çatmış satınalmalar nəticəsində iki ildən sonra Tbilisinin səması, o cümlədən strateji obyektlər, aeroportlar, hərbi bazalar və s. tamamilə müdafiə olunacaq. Bu, Gürcüstanda heç vaxt olmayıb, amma biz buna nail olacağıq”, - deyə o qeyd edib.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 3 342          Tarix: 18-12-2023, 16:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma