Nikol Paşinyan son müsahibəsində açıq şəkildə anlatdı ki, Moskva Ermənistanı Azərbaycana hücuma təhrik edib və o, Rusiyanın tələbini yerinə yetirməyib.
Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Argişti Kiviryan yerli mediaya müsahibəsində deyib.
“Yəni Paşinyan Azərbaycana Moskvaya qarşı istifadə edə biləcəyi alətlər verir, Rusiyanın Bakıya təzyiq etmək imkanlarını zəiflədir. Sonra Paşinyan şikayət edir ki, Bakı Moskvanın tələblərinə əməl etmir. Rusiya bir neçə dəfə eyham vurub ki, Ermənistan öz davranışını dəyişməlidir ki, Moskva Azərbaycanla münasibətlərdə əlində olan vasitələrdən istifadə edə bilsin”, - ekspert qeyd edib.
Onun iddiasına görə, Ermənistan hakimiyyətinin “artsax”ın buraxılması haqqında fərmanı ləğv etmək cəhdlərinə fəal müqavimət göstərməsi Paşinyanın Bakı qarşısında üzərinə götürdüyü öhdəliklərlə bağlıdır.
O hesab edir ki, Azərbaycan heç vaxt öz iddialarından əl çəkməyəcək və İrəvana təzyiqlərini dayandırmayacaq:
“Bakı üçün əsas problem Ermənistandan keçən dəhlizidir. O, bu ən vacib məsələni aydın şəkildə həll etməyincə, sənədin imzalanmasını daim gecikdirəcək”.
Paylaş: