Xəbər lenti
Dünən, 19:25

İrəvan məhkəməsi Ermənistanın "milli qəhrəmanı", Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryanı 2 ay müddətinə həbs edib.

Trend xəbər verir ki, bu barədə Xaçatryanın vəkili Varazdat Arutyunyan sosial şəbəkədə məlumat paylaşıb.

Qeyd olunub ki, general-leytenant Xaçatryan silahdan istifadə etməklə dələduzluqda ittiham olunur.

Xatırladaq ki, bir qədər əvvəl Ermənistanda yerləşən restoranlardan birində içkili halda olan Tiran Xaçatryan masa arxasında yaranan mübahisə zamanı silahını çıxarıb və atəş açmağa başlayıb. Nəticədə mübahisə iştirakçılarına heç bir aidiyyəti olmayan bir şəxs yaralanıb.

Xaçatryanın hadisədən sonra gizlənsə də, o ələ keçib. Yaralanan şəxs xəstəxanaya çatdırılıb.




Ana səhifəyə qayıt        Baxış: 4 217          Tarix: 15-01-2024, 14:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma