Ermənistanın qonşu ölkələrə ərazi iddiaları onun Müstəqillik Bəyannaməsində, eləcə də Konstitusiyasında yer alır.
Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının deputatı Vaaqn Aleksanyan jurnalistlərin konstitusiyanın orada yer alan Qarabağın Ermənistana birləşdirilməsi iddiasına görə dəyişdirilməsi ilə bağlı sualına çox maraqlı cavab verib. O, hətta İranın ərazi bütövlüyü məsələsinə də toxunub.
“Biz tarixi ədalətdən danışdıqda, qonşularımıza qarşı ərazi iddiaları irəli sürdükdə anlamalıyıq ki, bu, təkcə onların yox, bizim də ziyanımızadır. Van gölündən danışanda niyə Urmiya gölündən susuruq? Və kim dedi ki, ərazi iddiaları yalnız Vanla bağlı olmalıdır?
Təsəvvür edək ki, hərbi balans nə vaxtsa bizim xeyrimizə pozulur. Bəs sonra? Onda Azərbaycan yenə ordusunu gücləndirəcək, beynəlxalq hüquqa söykənən haqqını alacaq, yəni Qarabağı qaytaracaq. Dünyanın heç bir ölkəsi Qarabağı müstəqil Ermənistanın bir hissəsi kimi tanımayıb, siz bunun nə demək olduğunu başa düşürsünüz?” - deyə deputat bildirib.
“AzTV”
Paylaş: