Xəbər lenti

“Ermənistan hakimiyyəti Rusiyanın hərbi mövcudluğunu regiondan sıxışdırıb çıxarmaq üçün əlindən gələni edəcək”.

Bu sözləri erməni politoloq Beniamin Matevosyan deyib.

“Rusiya qoşunlarının mövcudluğuna qarşı bəyanatların verilməsi təsadüfi deyil. Rusiya sərhədçilərinin qərargahı önündə etiraz aksiyalarının keçirilməsi planlaşdırılır və bu, böyük siyasətin bir hissəsidir ki, məqsədi Rusiyanın regionda təsirindən qurtulmaqdır”, - deyə ekspert bildirib.

Politoloq avropalı müşahidəçilərin ölkədəki varlığı kontekstində Ermənistanın təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib. Eyni zamanda, o, baş nazir Nikol Paşinyanın bu yaxınlarda verdiyi bəyanata istinad edərək bildirib ki, missiyanın vəzifələrinə digər məsələlərlə yanaşı, Rusiya və İran qoşunlarının hərəkətlərinə nəzarət də daxildir.

“Əgər bu, onların məqsədidirsə, onda aydındır ki, Rusiya niyə onların mövcudluğuna qarşıdır. Onlar kimi və ya nəyi Ermənistan vasitəsilə daşımaq istəyirlər ki, Rusiya qoşunlarından bu qədər qorxurlar?”, - deyə Beniamin Matevosyan qeyd edib.

Digər tərəfdən, İranın mənfi reaksiyası da gərginlik yaradır. Onun fikrincə, Ermənistan demək olar ki, bütün qonşuları ilə münasibətləri korlamaq riski daşıyır.

Mənbə: Erməni KİV




Ana səhifəyə qayıt        Baxış: 3 124          Tarix: 22-02-2024, 13:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma