Xəbər lenti


NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstan hakimiyyətinin xarici agentlərlə bağlı qanun layihəsini parlamentə yenidən təqdim etmək niyyətini tənqid edib.

 

Ovqat.com-un məlumatına görə, baş katib bu təşəbbüsün Gürcüstandakı demokratik təsisatların güclənməsinə zidd olduğunu vurğulayıb.

 

"Gürcüstan NATO və Aİ ilə yaxınlaşmaq üçün islahatlar üzərində işləməlidir", - deyən Stoltenberqin fikrincə, qanun media azadlığına zərər verə bilər.

 

Qeyd edək ki, Gürcüstanın hazırkı hökuməti ötən il qanun layihəsini ictimai müzakirəyə çıxarmışdı. Müzakirələrə qatılan gürcü müxaliflərin  sərt tənqidi nəticəsində layihə geri çəkilmişdi. Aprelin əvvəlində isə məlumat yayılmışdı ki, Gürcüstan hakimiyyəti yenidən parlamentdə xarici agentlər haqqında qanunun qəbuluna təşəbbüs göstərmək niyyətindədir. Bu barədə “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze məlumat vermişdi.

 

 




Ana səhifəyə qayıt        Baxış: 5 082          Tarix: 5-04-2024, 15:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma