Xəbər lenti

Coldplay və Sting kimi böyük adlar da daxil olmaqla 100-dən çox məşhur musiqi ikonları və insan haqları fəalları ölüm cəzası gözlənilən reper Tumac Salehinin dərhal azad edilməsini tələb edən məktub imzalayıb. 

“Rəssamlar, musiqiçilər, yazıçılar və aparıcı mədəniyyət xadimləri olaraq biz Tumac Salehi ilə həmrəyik”, - məktubda deyilir.

“Biz onun ölüm hökmünün dərhal və qeyd-şərtsiz ləğv edilməsinə və həbsdən azad edilməsinə çağırırıq. Sənətə tənqid etmək, sorğulamaq və hakimiyyətə etiraz etmək imkanı verilməlidir. Bu, bizim sənətkar olaraq həm hüququmuz, həm də borcumuzdur”.

Qeyd edək ki, İsfahanın mərkəzindəki İnqilab Məhkəməsi keçən ay 33 yaşlı Salehi ölüm cəzasına məhkum edib.

Gunaz.tv

Şahin Elxanoğlu




Ana səhifəyə qayıt        Baxış: 3 140          Tarix: 14-05-2024, 14:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma