Xəbər lenti


 

Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkə prezidenti Salome Zurabişvilini dövlətə xəyanətdə ittiham edib. 

 

Ovqat.com-un məlumatına görə, Kobaxidze bu ittihamı Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı səsləndirib.

 

“Xalqın və onun seçdiyi hökumətin birliyi və mənalı addımları bizə son iki ildə ekzistensial təhlükələrə və müxtəlif xəyanətlərə, o cümlədən prezidentə xəyanətə baxmayaraq, ölkədə sülhü qoruyub saxlamaq imkanı verib. Gürcüstanın ən yaxın tarixi və müasir dünyada gedən proseslər bizə xüsusilə aydın şəkildə göstərdi ki, suverenlik ölkənin təhlükəsizliyinin ən səmərəli təminatıdır”, - Baş nazir bildirib.

 

O vurğulayıb ki, hazırda Gürcüstan üçün öz dövlət müstəqilliyini qorumaq xüsusilə vacibdir: “Bu gün biz həmişəkindən daha çox bir-birimizə qayğı göstərməli və nifrətə qalib gəlməliyik, çünki düşmənçiliyin məhv etdiyi şeyi yalnız sevgi ilə qura bilərik”.




Ana səhifəyə qayıt        Baxış: 4 352          Tarix: 26-05-2024, 12:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma