Xəbər lenti


Fransa hərbçilərinin Ukraynaya gəlməsi üçün bütün lazımi sənədlər imzalanıb.

 

Ovqat.com-un məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aleksandr Sırski özünün Telegram səhifəsində bu barədə bildirib.

 

Ukraynanın Baş Qərargah rəisi yazıb:

 

“Müdafiə naziri Rüstəm Umerov ilə birlikdə Fransa Respublikasının Silahlı Qüvvələri naziri Sebastien Lecorne ilə videogörüş keçirdik. 

 

Mən Fransanın Ukrayna hərbçilərini hazırlamaq üçün Ukraynaya təlimatçılar göndərmək təşəbbüsünü alqışlayıram. 

 

Mən artıq ilk fransız təlimatçılarının tezliklə təlim mərkəzlərimizə baş çəkməsinə, onların infrastrukturu və işçi heyəti ilə tanış olmasına imkan verəcək sənədləri imzalamışam. 

 

İnanıram ki, Fransanın qətiyyəti digər tərəfdaşları da bu iddialı layihəyə qoşulmağa həvəsləndirəcək. Mən Fransa xalqının mehriban dəstəyinə və Rusiyanın hərbi təcavüzünü dəf etmək üçün Ukraynaya hərbi və iqtisadi yardıma görə nazirə təşəkkür edirəm”.

 




Ana səhifəyə qayıt        Baxış: 5 297          Tarix: 27-05-2024, 19:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma