Xəbər lenti

Tehran şəhərinin meri Əlirza Zəkani növbədənkənar prezident seçkisinə bir gün qalmış namizədliyini geri götürüb.

O, tərəfdarlarını mühafizəkarlar qanadının iki namizədi - Məhəmməd Baqir Qalibafa və Səid Cəliliyə səs verməyə çağırıb.

Ə.Zəkani əlavə edib ki, İranda üçüncü ruhani hökumətinin qurulmasına imkan vermək olar.

Qeyd edək ki, İranda keçirilən səkkizinci prezident seçkisində islahatçı qanadı Məsud Pezeşkian təmsil edir. Sabiq prezident Həsən Ruhani Məsud Pezeşkiana açıq dəstəyini ifadə etmiş, seçki marafonunda şəxsən iştirak etmişdi.

Mənbə: Tasnim




Ana səhifəyə qayıt        Baxış: 3 308          Tarix: 27-06-2024, 13:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma