Xəbər lenti

"İsrail Colan təpələrindəki Məcdəl Şəms kəndinə görə Livana hücum edərsə, ən qəti cavab ilə qarşılaşacaq".

Oxu.Az IRNA-ya istinadən xəbər verir ki, bunu İranın ruhani lideri ayətullah Əli Xameneinin müşaviri və İslam Respublikasının Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərazi deyib.

"İsrail bilməlidir ki, bu riskə getsə, sərt reaksiya ilə üzləşəcək. (İsrailin Baş naziri Benyamin) Netanyahu üçün ən yaxşı həll Qəzza zolağında amansız müharibəyə son qoymaqdır, çünki müharibəni davam etdirməklə o, itki və dağıntılardan başqa heç nə qazanmayacaq", - deyə Xərazi bildirib.




Ana səhifəyə qayıt        Baxış: 4 695          Tarix: 30-07-2024, 14:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma