Xəbər lenti

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə Tehranda baş tutan sui-qəsdlə əlaqədar ölkənin təhlükəsizlik xidmətinin işçiləri də daxil olmaqla kütləvi həbslər həyata keçirilib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The New York Times" xəbər verib.

Bildirilir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yüksək rütbəli kəşfiyyat və təhlükəsizlik zabitləri, hərbi məmurlar və İsmail Haniyənin öldürüldüyü mehmanxananın işçiləri də daxil olmaqla 20-dən çox adamı həbs edib.

Bu, HƏMAS liderinin öldürülməsinə şərait yaradan təhlükəsizlik qaydalarının pozulmasına cavab olaraq edilib.

Xatırladaq ki, İsmayıl Haniyə İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına raket hücumu nəticəsində öldürülüb.




Ana səhifəyə qayıt        Baxış: 3 208          Tarix: 3-08-2024, 11:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma