İran prezidenti Məsud Pezeşkian Urmiya gölünün bərpasına və ana dilində təhsili nəzərdə tutan Konstitusiyanın 15-ci maddəsinin həyata keçirilməsinə söz verib.
Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, bu barədə o, güneyli vətəndaş cəmiyyəti fəalı Rəşid Daneşcuyiə müsahibəsində deyib.
Belə ki, o, İran Konstitusiyasının 15-ci maddəsinin tələbinin həyata keçirilməməsinə, Urmu gölündə ekoloji böhrana və Güney Azərbaycanın təbii sərvətlərinin talanmasına toxunaraq, prezident Məsud Pezeşkiandan bu məsələlərlə bağlı planlarını açıqlamasını istəyib.
Ümumi şəkildə Azərbaycan millətinin səsini unutmadığını bildirən İran prezidenti Urmu gölünün bərpası, Konstitusiyanın 15-ci maddəsinin (Ana dilində təhsil) icrası və Güney Azərbaycandakı qızıl mədənlərinin fəaliyyətinin təşkilini davam etdirməyə çalışacağını bildirib.
Paylaş: