Xəbər lenti

"Gürcüstanda parlament seçkisinə kənardan güclü müdaxilələr qeydə alınır".

Oxu.Az xəbər verir ki, bu barədə respublikanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.

"Bu cür müdaxilə əvvəllər də olub, Gürcüstanda seçkiyə kənardan müdaxilə bu gün xüsusilə intensivdir və bu, məyusedicidir", - hökumət başçısı Gürcüstanın Birinci Kanalına deyib.

Kobaxidze vurğulayıb ki, əvvəllər xarici qüvvələr Gürcüstan xalqının iradəsini dəyişdirə bilməzdi və indi də seçkiyə təsir etmək cəhdləri heç bir nəticə verməyəcək.

Xatırladaq ki, sentyabrın 16-da ABŞ Dövlət Departamenti 64 Gürcüstan vətəndaşına qarşı sanksiya tətbiq edib. Departament izah edib ki, məhdudiyyətlər Gürcüstan xalqının əsas azadlıqlarını məhdudlaşdırmaq üçün səlahiyyətlərindən sui-istifadə etdikləri iddia edilən yüksəkvəzifəli dövlət və bələdiyyə məmurlarına şamil edilir. Bundan başqa, respublikanın bəzi iş adamlarına və deputatlarına məhdudiyyətlər qoyulub.




Ana səhifəyə qayıt        Baxış: 3 713          Tarix: 27-09-2024, 22:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma