Xəbər lenti

İran Prezidenti Məsud Pezeşkian Donald Trampın ABŞ-də keçirilən prezident seçkisində qələbə qazanmasına münasibət bildirib.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

"ABŞ seçkisində kimin qalib gəldiyi bizim üçün heç vaxt əhəmiyyət kəs etməyəcək, çünki ölkəmiz və hökumətimiz şərəfli və əzəmətli bir millətlə öz daxili gücünə əsaslanır. Başqa ölkələrlə münasibətlərimizi inkişaf etdirməkdə qapalı və məhdud baxışımız olmayacaq", - deyə Pezeşkian vurğulayıb.

İran prezidenti əlavə edib ki, İran İslan Respublikası qonşu ölkələrlə əlaqələrin inkişafını prioritet hesab edir.




Ana səhifəyə qayıt        Baxış: 2 779          Tarix: 7-11-2024, 22:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma