Xəbər lenti

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ölkədə yaxınlaşan benzin böhranı ilə bağlı xəbərdarlıq edib.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə o, dövlət Teleradiosu ilə canlı yayımlanan müsahibəsində danışıb.

"İranda benzin idxalına pul ödənilən zaman büdcə kəsiri yaranır, bu da inflyasiyaya səbəb olur. Nəticədə, aztəminatlı təbəqələr daha çox əziyyət çəkir", - deyə o bildirib.

Hökumət hazırda ölkədə müşahidə edilən enerji çatışmazlığı böhranını "enerji balanssızlığı" kimi qiymətləndirir.

Qeyd edək ki, Prezident Pezeşkianın açıqlaması, İran parlamentinin gələn ilin büdcəsində benzin qiymətlərinin artırılması ilə bağlı müzakirələri ilə eyni vaxta təsadüf edib.




Ana səhifəyə qayıt        Baxış: 3 390          Tarix: Dünən, 15:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma