Xəbər lenti

"İran lazım gələrsə, Hörmüz boğazını bağlaya bilər."

Musavat.com TASNİM-ə istinadən xəbər verir ki, bu sözləri SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tanqsiri deyib.

“Hərbi gücə əl atmaqla Hörmüz boğazını bağlaya bilərik. Ancaq biz indi boğazdan istifadə etdiyimiz halda bunu etməyəcəyik” , - deyə Tanqsiri qeyd edib.

Tangsiri vurğulayıb ki, ABŞ heç vaxt İran neftinin ixracını dayandırmaq məqsədinə nail ola bilməyəcək.

O, Şahid Bakeri PUA-sının və helikopter daşıyıcı gəmisinin SEPAH Hərbi Dəniz Qüvvələrində istismara verilməsini xatırladıb. Onun sözlərinə görə, gəmi 1000 kilometrə qədər mənzilli raketləri də buraxa bilir.

Tanqsiri izah edib ki, raket silahları sayəsində gəmi özünü müdafiə edə bilir. O əlavə edib ki, gəmi anqarlarda beş helikopter və göyərtədə dörd böyük helikopter daşıya bilir.




Ana səhifəyə qayıt        Baxış: 4 172          Tarix: Dünən, 21:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma