
İranın xarici işlər naziri Abbas Əraqçının Karnegi İnstitutunun Nüvə Siyasəti üzrə Beynəlxalq Konfransındakı çıxışı ləğv edilib.
"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə İranın daimi nümayəndəliyindən məlumat verilib.
Qeyd edək ki, görüş Vaşinqtonda keçirilir və Əraqçı orada virtual şəkildə iştirak etməli idi.
İran nümayəndəsi çıxışın ləğvini proqramın formatının çıxışdan debata dəyişdirilməsi ilə izah edib və Əraqçının planlaşdırılan çıxışının tam mətninin dərc ediləcəyini bildirib.
Eyni zamanda, Karnegi İnstitutunun "X" sosial şəbəkəsində verdiyi açıqlamada qeyd edilib ki, proqramın formatı dəyişməyib, lakin iqtisadçı Stiv Koulun rəhbərliyi ilə müzakirənin keçiriləcəyi və auditoriyadan sualların qaldırılacağı ilə bağlı daha əvvəl gəlinən razılaşmaya baxmayaraq, İran Xarici İşlər Nazirliyi proqramda kəskin dəyişikliklər edilməsini tələb edib.
Karnegi İnstitutundan bildirildiyinə görə, İran Xarici İşlər Nazirliyi tələb edib ki, nə aparıcı, nə də auditoriya suallar versin, bu səbəbdən qurum proqramı ləğv etmək qərarına gəlib.
Paylaş: