Xəbər lenti

İranın cənub-qərbində yerləşən Abadan Neft Emalı Zavodunun 70-ci blokunda bu gün partlayış baş verib.

"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən məlumat yayıb.

Zavodun mətbuat xidmətinin yaydığı məlumata görə, partlayış sonrası ortaya çıxan yanğın hazırda nəzarət altındadır və tam söndürülməsi üçün işlər davam edir.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Təşkilatı, Yanğından Mühafizə və Xilasetmə bölmələri cəlb olunub.

Zavod rəhbərliyi bildirib ki, istehsal prosesi dayanmayıb və zavodun fəaliyyəti əvvəlki qaydada davam edir. Yanğının səbəbləri araşdırılır.

Qeyd edək ki, bu gün İranın Sistan və Bəlucistan əyalətinin Səravan şəhərinin Kuhak kəndində də yanacaq anbarında güclü yanğın baş verib.




Ana səhifəyə qayıt        Baxış: 3 291          Tarix: Bu gün, 16:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma