Xəbər lenti

Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin devrilməsi ilə bağlı hazırladığı fəaliyyət planını dərc edib.

“Report” xəbər verir ki, baş nazir bu barədə “Facebook” hesabında yazıb.

Baş nazirin fikrincə, yeni katolikos seçkiləri kilsənin orta əsr nizamnaməsi əsasında Erməni Apostol Kilsəsinin yeni Nizamnaməsi təsdiq edilənə qədər keçirilməməlidir. Qədim erməni dilində deyil, hamının başa düşdüyü müasir erməni dilində olacaq bu Nizamnaməni Milli Kilsə Şurası təsdiq etməlidir.

Bundan sonra Paşinyan dürüstlüyü yoxlanılacaq namizədlərin iştirak edəcəyi seçkilərin keçirilməsini təklif edir. Namizədlərin uyğunluğu, seçki proseduru da Nizamnamə ilə müəyyən edilməlidir.

Qeyd edək ki, Ermənistan hökuməti ilə Erməni Apostol Kilsəsi arasında qarşıdurma Paşinyanın sosial şəbəkədə yüksək rütbəli ruhanilərə qarşı son dərəcə sərt ifadələr və ittihamlar səsləndirdiyi paylaşımlarından sonra kəskinləşib. Daha sonra o, bütün ermənilərin katolikosunun seçilməsi qaydasına dəyişiklik edilməsini təklif edib və bu prosesdə dövlətin həlledici rolunun təsbit edilməsini nəzərdə tutub.




Ana səhifəyə qayıt        Baxış: 2 819          Tarix: Dünən, 18:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma