
Gürcüstanda NATO-nun "Agile Spirit 2025" çoxmillətli təlimləri start götürüb. Açılış mərasimi Krtsanisi hərbi bazasında keçirilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə iyulun 25-də respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Təlimlərin məqsədi iştirakçı ölkələrin silahlı qüvvələrinin hazırlıq səviyyəsini, əməliyyat uyğunluğunu və imkanlarını artırmaqdır", - nazirliyin saytında qeyd olunub.
Manevrlər eyni vaxtda Gürcüstan və Türkiyədə keçirilir. Türkiyədə təlimlər iyulun 21-də ABŞ-Türkiyə desant əməliyyatı ilə başlayıb. Təlimlərdə Gürcüstan, ABŞ, Türkiyə, Polşa, Almaniya, İtaliya, Yunanıstan, Moldova, Rumıniya, Bolqarıstan, Slovakiya, Litva və Ukrayna hərbçiləri iştirak edirlər.
Təlimlər üçün Gürcüstana ABŞ-nin döyüş maşınları və hərbi helikopterlərin yerləşdirildiyi bildirilir. Manevrlərə Gürcüstanın Qərb Müdafiə Qüvvələrinin komandanı Koba Qriqoliya və ABŞ-nin Corciya ştatının Milli Qvardiyasının nümayəndəsi Uilyam Koks rəhbərlik edir.
Paylaş: