Xəbər lenti

İraqın Şimali Kürdüstan regionunda təhlükəsizlik qüvvələri Ərbil şəhərindəki Lanaz neft emalı zavodunun yaxınlığında etirazçılara atəş açıblar. Nəticədə ən azı iki nəfər ölüb, üç nəfər yaralanıb.

Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə yerli təhlükəsizlik qüvvələri məlumat yayıb.

Qeyd olunur ki, etirazçılar neft emalı zavodunda iş tələb ediblər. Obyekti mühafizə edən təhlükəsizlik qüvvələri onlara atəş açıblar.

Regional hökumət hələlik hadisə ilə bağlı açıqlama verməyib.




Ana səhifəyə qayıt        Baxış: 2 924          Tarix: 30-11-2025, 00:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma