Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətsizdir və qərəzlidir. Bu qərar təşkilatda islamofob meyillərin üstünlük təşkil etdiyini, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir.
Ovqat.com bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc söyləyib.
Deputat AŞPA-nın monitorinqlərinin müxtəlif dairələrin mənafeyinə xidmət etdiyini, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq, daxili işlərinə müdaxilə etmək məqsədi güddüyünü söyləyib. O, Azərbaycanın da zaman-zaman belə ədalətsizliklərlə, ikili standartlarla üzləşdiyini vurğulayıb.
Z.Oruc qeyd edib ki, bu qərarın qəbul edilməsi Türkiyənin demokratik nailiyyətlərini, uzun illər ərzində keçdiyi yolu, regional təhlükəsizliyin təminatına verdiyi töhfələri heçə saymaq deməkdir. Avropa Şurasının missiyası ondan ibarətdir ki, böyük bir qitə arealında dövlətlər arasında sülhlü, əməkdaşlığı təşviq, eyni zamanda, daxildə islahatlar prosesinə kömək etsin, hüquqi cəhətdən vahid bir ailənin yaradılmasına təsir göstərsin. Bu qurum heç bir halda məhkəmə təsisatı deyil və onun müəyyən dairələrin əlində siyasi təzyiq alətinə çevrilməsi çox acınacaqlı vəziyyətə gətirib çıxaracaq.
Deputat bildirib ki, Türkiyə bu şəkildə məhkəməyə çəkilə bilməz. Əksinə, bu ölkə beynəlxalq birlik tərəfindən ən yüksək yardımlara layiq görülməlidir. Çünki bu gün yaxın Şərqdə sabitliyin təmini, miqrantlarla bağlı problemin həlli istiqamətində Türkiyənin gördüyü işlər göz qabağındadır. Söz yox ki, Türkiyənin getdikcə güclənməsi, onun əldə etdiyi uğurlar bir çoxlarını narahat edir. Buna görə də bu ölkə ilə bağlı belə cılız maneələr yaradılır. Amma bu cəhdlər əbəsdir. Türkiyənin daxili işlərinə qarışmaq, kənardan idarəçilik şərtləri diktə etmək yolverilməzdir. Bununla heç bir nəticəyə nail olmaq mümkün deyil.

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar