Xəbər lenti

 Avropa Parlamentinin Türkiyə məruzəçisi Kati Piri də Türkiyədə keçirilən referenduma öz münasibətini bildirib.
Ovqat.com xəbər verir ki, Piri sosial şəbəkələrdə yaydığı statusunda yazıb:
"Adil olmayan bir seçki mühitində Türkiyə əhalisi az bir fərqlə Ərdoğana nəzarətsiz səlahiyyət verərək, avtoritar bir sistemə uyğun olan konstitusiya paketinə dəstəklədi. Bu gün Türkiyədəki bütün demokratlar üçün üzücü bir gündür. Türkiyənin qüvvələr ayrılığına hörmət etməyən, heç bir nəzarət mexanizmi olmayan bir konstitusiyayla Avropa Birliyinə girə bilməyəcəyi aydındır. Əgər paket dəyişdirilmədən tətbiq olunsa, bu vəziyyət Avropa Birliyilə müzakirələrin təxirə salınmasına gətirib çıxaracaq.
Bugünkü səsvermənin nəticəsi Avropa dəyərlərindən böyük bir qopma mənasına gəlir. Ərdoğanın avtokrat rəftarı Türkiyə cəmiyyətini dərindən qütbləşdirdi və iqtisadiyyata zərər vurdu Bəzi AB liderlərinə yönəlik faşist ittihamları, Türkiyənin siyasi bir müttəfiq olaraq inandırıcılığını puça çıxartdı.
Türkiyədə demokratiya və fundamental hüquqlar üçün döyüşən hər kəsin yanında olmağa davam edəcəyəm. Bugünkü nəticələr Türkiyədə Avropa dəyərlərini paylaşan və ölkələri üçün fərqli bir gələcək seçən milyonlarla adamın olduğunu göstərir. AB onların üzünə qapıları heç bir zaman qapatmamalıdır. "



Ana səhifəyə qayıt        Baxış: 1 213          Tarix: 17-04-2017, 09:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma