Xəbər lenti

Macarıstan hökuməti Azərbaycanın Ceyrançöl ərazisində partlamamış hərbi sursatların təmizlənməsi üçün Sülh Naminə Tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərən Etimad Fondu layihəsinə 100 000 avro məbləğində vəsait köçürüb.

Ovqat.com xəbər verir ki, Macarıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, vəsait NATO-nun Dəstək Agentliyinin hesabına köçürülüb.

NATO qərargahında keçirilən Əməkdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsinin iclasında Ceyrançöl lahiyəsinin üçüncü mərhələsinin aparıcı ölkəsi kimi Türkiyə və qəbul edən ölkə olaraq Azərbaycan Macarıstan hökumətinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Macarıstan səfirliyi hazırda NATO-nun Azərbaycandakı əlaqələndirici nümayəndəsi funksiyasını daşıyır.




Ana səhifəyə qayıt        Baxış: 1 016          Tarix: 28-04-2017, 11:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma