Xəbər lenti

Barselona İspaniya iqtisadiyyatında ən böyük pay sahibinə maik  şəhərdir. Kataloniyada baş verən siyasi proseslər dünya mediasının diqqət mərkəzindədir. Həqiqətənmi Kataloniya müstəqil olmaq istəyir, yoxsa bu sadəcə böyük bir oyunun davamıdır? İspaniya dövlətinin daxilində böyük partiyaların və rəhbər şəxslərin adlarının korupsiya hallarında  çəkilməsindən ehtiyat edən ölkə rəhbərliyinin oyunudurmu və ya xarici faktorla bağlılıq var? Bu suallara aydınlıq gətirək.

Kataloniyada oktyabrın 10-da baş verən hadisələr və Kataloniya muxtariyyətinin rəhbərinin ehtiyatlı addım atması artıq bu məs’lədə bir neçə tərəfin mövcudluğuna əsas verə bilər. Birinci tərəf kimi coğrafi mövqe baxımından Fransaya daha yaxın olması və bu münaqişəyə Fransanın da təsirinin mövcudluğunu qeyd etmək lazımdır. Bunun bariz nümunəsi kimi İspaniya dövlətinin iqtisadiyyatının böyük bir hissəsinin Barselonanın payına düşməsi də Fransanın regionda iqtisadi maraqlarının artmasına gətirib çıxara bilər. Fransa İspaniyanın ərazi bütövlüyünü dəstəklədiyini göstərməyə çalışsa da, bunun tam əksini də görmək  mümkündür və Fransa Dağlıq Qarabağ münaqişəsində olduğu kimi ikili siyasət yeritmə ehtimalı daha böyükdür.

Fransadan başqa bu regionda ikinci güc kimi İngiltərəni də təsir vasitəsi kimi göstərmək olar. İngiltərə hələ ki, bu münaqişəyə aktiv şəkildə qoşula bilməz. Əgər belə bir addım atarsa, Avropa ölkələrindən böyük  bir təpki alar, bu da onsuz da siyasi böhran yaşayan  Avropa regionunu daha da böhrana sürükləyər. Bununla da Kataloniya ssenarisi Şotlandiyada da davam edər. Avropada bir-birinin ardınca yaranan yeni münaqişələr Türkiyə, Rusiya və ABŞ-ın təsir gücünün artmasına gətirib çıxara bilər.

İspaniyada baş verən proseslərin görünməyən tərəflərindən biri də İsrail tərəfi ola bilər ki, onlar bu regionda yaranmış münaqişədən istifadə edərək Şərq ölkələrində baş verən proseslərə gizli də olsa müdaxilə etmək planını davam etdirə bilərlər.

Ötən gün Kataloniya rəhbərınə Avropa Şurası tərəfindən  təsir edilməsi də artıq bu regionda baş verən siyasi münaqişənin nə qədər ciddi olduğundan xəbər verir. Kataloniya baş naziri Pudçemonun iki yol ayrıcında qalması onun işinin heç də asan olmadığı aydın şəkildə bəllidir. Əgər Pudçemon müstəqillik iddiasından vaz keçsəydi və bu gün müstəqilliyini elan etməsəydi xalq tərəfindən böyük narazılıqlara səbəb olacaqdı və artıq Kataloniya xalqı ona dəstək verməkdən boyun qaçıracaqdı. Bundan başqa, Pudçemon ona dəsdək olan xarici qüvvələrin inam və etibarını sındıracaqdı və bununla da öz siyasi karyerasına, həmçinin də Kataloniyanın bir neçə illik planına son qoyacaqdı. Bunu yaxşı anlayan Pudçemon bu gün öz müstəqilliyini elan etməklə artıq nə İspaniya dövlətindən, nə də Avropa ölkələrindəm qorxmadığını elan etdi. Avropada yeni müstəqil dövlətin yaranmasının tərəfdarları olan güclərin bunda maraqlı olduqlarını güman etmək mümkündür. O da regionda həm iqtisadi, həm də siyasi cəhətdən daim nəzarət altında saxlamaq iddiasına zəmin yaradır.

Bu məsələ ilə bağlı rəsmi Madridin fikirləri də çox maraqlıdır. Həqiqətənmi Pudçemonun bu addımlarını ona bağışlayacaqlar? Bunun mümkünlüyü real görünmür.

Kataloniyada baş verən hadisələrin bir necə gün ərzində yaranması heç də həqiqəti əks etdirmir. Bu hadisələrin memarı məhz Pudçemondur ki, o da bir neçə sahədə özünü sınasada son peşəsi məhz diktordur. O diktor olarkən əsasda Barselona və Real Madrid oyunlarını “İspan və Katalon”savaşı adlandırması artıq bu proseslərin öz əhatəsinin genişlənməsindən xəbər verirdi. Barselonanın  Real üzərində qələbəsini Katalonların qələbəsi kimi bayram etməsini daim tövsiyə edirdi. Axı necə ola bilər ki, Pudçemon buna qərar versin.

Son hadisələrdə Rusiya izi də görünür və  bunun bariz nümunəsi kimi  Puçemonun uşaqlıq illərindən pilot olmaq arzusu və Moskvaya getdikdən sonra diktor olması çox təəccüb doğuran bir məsələdir. İspaniyada əhalinin demək olar ki, 90 faizi futbolla maraqlanır. Bununla da Pudçemonun İspan nifrətindən istifadə edən Rusiya bu bölgədə İspan-Katalon nifaqını yaratmaqla Avropanın etnik zəmində konfiliktlər yaratmaqda maraqlı ola bilər.

Bu münaqişənin yaranmasından sonra Barselona şəhərində iqtisadiyyatın zəifləməsini görməmək mümkün deyil. Bircə bir faktı qeyd etmək olar ki, bu şəhərdə yerləşən iki böyük bank öz filiallarını bu şəhərdən çıxararaq başqa şəhərlədə açması böyük bir iqtisadi zərərə gətirib çıxaracağını güman etmək heç də çətin deyil.
moderator.az




Ana səhifəyə qayıt        Baxış: 785          Tarix: 14-10-2017, 14:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma