Xəbər lenti

"Bu gün dünyada baş verən müharibə və münaqişələrdə uşaqlar birbaşa zorakılıq və qətl obyektinə çevrilib. Bu isə qəbul edilməzdir".

"Report" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Bakıda keçirilən "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itgin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda elə məktəblər var ki, hər gün erməni silahlıları tərəfindən atəşə tutulur: "Elə məktəblərimiz var ki, orda hər gün məktəbə gedən uşaqlar risk altında olur".

Komitə sədrinin müavini bildirib ki, uşaqların döyüşçü kimi müharibələrdə iştirakının qarşısının alınması bu sahədə fəliyyət göstərən təşkilatların əsas məqsədlərindəndir: "İkinci əsas vəzifə postmünaqişə dövründə uşaqların cəmiyyətə inteqrasiyası, üçüncü isə münaqişə qurbanı olan uşaqların hüquqlarının qorunması ilə bağlıdır".




Ana səhifəyə qayıt        Baxış: 661          Tarix: 19-10-2017, 15:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma