Xəbər lenti

ABŞ-da məşhur nəşr erməni lobbi təşkilatının çirkin əməllərindən yazıb.

"International Policy Digest" nəşrində Amerika Erməni Milli Komitəsinin (AEMK) qaranlıq fəaliyyəti, bu təşkilatın terror fəaliyyətinə görə məhkum olunmuş və ABŞ-ın milli maraqlarına qarşı çıxış edən xarici media şirkətlərinin başçıları komitəsi ilə əlaqəsi olan rəhbərləri haqqında məqalə dərc edilib.

Məqalə müəllifi Noa Ross yazır ki, AEMK "ən böyük və olduqca təsirli siyasi təşkilatlardan" biri kimi təkcə Vaşinqtonun siyasi dairələrinə təsir göstərmir, həm də tamamilə təbiidir ki, ölkənin siyasi sabitliyinə və hətta milli təhlükəsizliyinə təhlükə yaradaraq ABŞ-ın maraqlarına qarşı fəaliyyət göstərir.

Müəllif qeyd edir ki, təşkilatın idarə heyəti sıralarında təzyiq göstərmək, silahlı hücum və terrorizm üstündə məhkum edilmiş şəxslər var. Qurumun bu cür məşhur liderlərindən biri Murad Topalyandır. Topalyan ABŞ Konqresi üzvləri ilə görüşlərə cəlb edilib. O, Kapitoli təpəsində təşkilatın qərb qanadının nümayəndə heyətinin tərkibində keçirilən görüşlərdə mühüm rol oynayıb.

Yekun ittiham aktında federal hökumət orqanları Murad Topalyanı ABŞ ərazisində 1980-ci il oktyabrın 12-də BMT-nin qərargahında terror aktında, 1981-ci il iyunun 3-də Los-Ancelesdə Anahaym konfrans mərkəzində, 1981-ci il noyabrın 20-də isə Beverli-Hillzdə Türkiyə konsulluğundaki partlayışda və 1982-ci il oktyabrın 22-də Türkiyənin Filadelfiyadakı fəxri konsuluna sui-qəsddə günahlanıdırıblar.

Müəllif yazır ki, təşkilat, Ermənistanın adını 2000-ci illərin əvvəlində Milli Təhlükəsizlik Nazirliyinin təhlükəli ölkələr siyahısından çıxarmaqla, silah alverinə, o cümlədən üçüncü ölkəyə qeyri-qanuni silah satmağa nail olublar. Onların satdıqları silahlar İraqda Amerika əsgərlərini öldürməkdə istifadə olunub.\\Xezerxeber.az

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 809          Tarix: 12-11-2017, 19:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma