Hafiz Məhəmməd Səidin azad edilməsi və Pakistan tərəfindən ona heç bir ittiham sürülməməsi, Pakistanın terrorizmlə mübarizəyə və terrorçulara sığınacaq verməməsi ilə bağlı verdiyi vədlərə uyğun gəlmir. Bu bizdə narahatlıq yaradır.
Axar.az xəbər verir ki, bu barədə bəyanatı Ağ Evin Mətbuat Xidməti yayıb.
“Əgər Pakistan Səidin qanuni saxlanılması və ona qarşı sürülən ittihamlarla bağlı heç bir tədbir görməsə, bu fəaliyyətsizlik ikitərəfli münasibətlər və Pakistanın dünyadakı nüfuzuna ciddi təsir göstərəcək. ABŞ Prezidenti Donald Trampın Cənubi Asiya ilə bağlı siyasəti göstərir ki, Vaşinqton Pakistanla konstruktiv münasibətlər qurmağa çalışır, amma Pakistandan terrorçularla bağlı qətı addımlar gözləyir. Səidin azad edilməsi, doğru olmayan istiqamətdə atılan addımdır” – deyə bəyanatda bildirilib.
Qeyd edək ki, Hafiz Səid Ləşkəri Taiba terror təşkilatının rəhbəridir. Bu terror təşkilatı 2008-ci ildə Hindistanın Mumbai şəhərində terakt təşkil etməkdə ittiham edilir. Bu terakt nəticəsində 166 nəfər həlak olub. ABŞ Hafiz Səidin başı üçün 10 milyon dollar mükafat təyin edib. Bu ilin yanvarında Pakistan Səidi həbs etsə də sonradan onu azadlığa buraxıb.
Paylaş: