Əminəm ki, Rusiya nümayəndə heyətinin olmadığı yerlərdə onun funksiyalarını erməni nümayəndə heyəti gerçəkləşdirir.
Axar.az xəbər verir ki, bunu “Ukrinform” saytına açıqlamasında Krım Tatar Məclisinin sədri Refat Çubarov söyləyib.
“Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının iclasında təşkilatın 25 illiyinə aid deklarasiya layihəsi təqdim edildi. Bu layihəyə erməni tərəfi bir neçə düzəliş təklif etdi. Düzəlişə əsasən, təşkilat üzvləri bir-birinə qarşı sanksiyalardan yayınmalıdırlar. Öz növbəsində isə Ukrayna nümayəndə heyəti deklarasiya layihəsinin bəndlərindən birinin genişləndirilməsini təklif etdi. Bu təklifə əsasən beynəlxalq təşkilatlar, xüsusilə BMT, AŞPA, ATƏT, Avropa Parlamenti tərəfindən tanınmış, amma işğal olunan ərazilər heç bir ön şərt irəli sürülmədən azad edilməlidir. Ukrayna nümayəndə heyətinin rəhbəri Lüdmila Denisov digər ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinə bu düzəlişi müzakirə etməyi təklif etdi. Erməni tərəfinin bu düzəlişə münasibəti bizə əvvəlcədən bəlli idi. Bundan sonra Ermənistan tərəfi Ukraynanın təklif etdiyi bu düzəlişi İrəvanın təcrid olunması kimi dəyərləndirdi. Nəticədə Ermənistandan başqa bütün nümayəndə heyətləri Ukraynanın təklif etdiyi düzəlişin əlavə edildiyi deklarasiyanı dəstəklədilər”, – deyə o bildirib
Paylaş: