Xəbər lenti

 

Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 72-ci ildönümü ilə əlaqədar Müstəqil Dövlətlər Birliyi (MDB ) ölkələrinin liderlərini təbrik edib.

Ovqat.com lenta.ru saytına istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat xidmətindən bildirilib.

Təbrik müraciətlərində vurğulanıb ki, Qələbə Günü müqəddəs tarix və xalqların misilsiz qəhrəmanlığının simvoludur. Rusiya lideri MDB ölkələrinin başçılarını tarixin təhrif edilməsi üzrə istənilən cəhdlərə qarşı mübarizə aparmağa çağırıb.

Qeyd edək ki, MDB-yə Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Türkmənistan və Ukrayna daxildir.

Ömər




Ana səhifəyə qayıt        Baxış: 812          Tarix: 8-05-2017, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma